“Ermənistanın məhsulları Aİ ölkələrinin məhsulları ilə rəqabətədavamlı deyil” - EKSPERTLƏR

2024/04/1713163457.jpg
Oxunub: 138     16:34     18 Aprel 2024    
“Ölkəmizin Avropanın iqtisadi perspektivlərindən danışmaq perspektivi varmı?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş kənd təsərrüfatı nazirinin müavini Aşot Harutyunyan deyib.

Harutyunyan qeyd edib ki, o, Ermənistnın sabahını görmür.

“Hesablamalar və təhlillər aparılmadan iqtisadiyyatdan danışmaq, şaxələndirmə ilə bağlı bəyanatlar vermək ümumiyyətlə perspektivsizdir”, - deyə o bildirib.

Strateji Proqramlar Vətəndaş Əməkdaşlıq Şəbəkəsinin sədri, Fermer Hərəkatı QHT-nin sədri, BMT eksperti Sarkis Sedrakyanın sözlərinə görə, Aİ həqiqətən də Ermənistanın kənd təsərrüfatı sektoruna ciddi maliyyə sərmayələri yatırmaq istəyir.


O, Avropa bazarına doğru diversifikasiya perspektivini müsbət hesab edib, lakin qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixracı baxımından Ermənistanın məhsulları Aİ ölkələrinin məhsulları ilə rəqabətədavamlı deyil.

“Ermənistanın məhsulları Avropa İttifaqı standartlarına cavab vermir, Aİ ölkələrinin bazarlarında satıla bilməz, yalnız Rusiya Federasiyasında satıla bilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin