Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

2024/04/3bb8f-1713046976.jpg
Oxunub: 157     01:02     14 Aprel 2024    
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir.

Ordu.az-ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiyi açıqlamada bildirib.

"Bu hücum çox güman ki, bir neçə saat davam edəcək. ABŞ Prezidenti Co Bayden açıq şəkildə bildirib ki, İsrailin təhlükəsizliyinə dəstəyimiz sarsılmazdır. Birləşmiş Ştatlar İsrail xalqının yanında olacaq və İrandan gələn bu təhdidlərə qarşı onların təhlükəsizliyini dəstəkləyəcək", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin