İraq hava məkanını tamamilə bağlayıb

2024/04/e6620-1713046438.jpg
Oxunub: 127     00:41     14 Aprel 2024    
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı İrandan buraxılan pilotsuz təyyarələrin hazırda İraq ərazisini keçməsi səbəbindən Bağdad Beynəlxalq Hava Limanı üzərində hava məkanının bağlandığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Hava-məkanı  


Bizi "telegram"da izləyin