Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər

2024/03/1709615337.jpg
Oxunub: 110     22:53     13 Aprel 2024    
Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına və BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

Mulekera şəhərinin meri Nqonqo Mayanqa bildirib ki, hücum edənlər Beni yaxınlığındakı Mulekera kommunasında tarlalarda işləyən insanlara atəş açıblar.

Onun sözlərinə görə, indiyədək 7 nəfərin, o cümlədən 3 qadının meyiti tapılıb, daha 5 qurbanın nəşi isə başqa yerlərdədir.

"Əlbəttə, axtarışlar davam etdikcə tapacağımız başqa meyitlər də var", - o, üsyançı “Demokratik Qüvvələr Alyansı” üsyançı qrupunu ittiham edib.

BMT-nin Konqonun şərqindəki sülhməramlı missiyasındakı mənbə 10 nəfərin öldüyünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Silahlılar  


Bizi "telegram"da izləyin