“Gürcü arzusu”nun lideri Prezidenti dövlət əleyhinə fəaliyyətdə ittiham edib

2022/03/78979-1647532629.jpg
Oxunub: 124     16:05     13 Aprel 2024    
Hakim “Gürcü arzusu” Partiyasının sədri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin Lazar Qriqoriadisini əfv etməsini dövlət əleyhinə atılan addım kimi qiymətləndirib.

Ordu.az bu barədə “İnterfaks”a istinadən xəbər verir.

“Prezident Salome Zurabişvilinin verdiyi əfv qərarı bir polisə “Molotov kokteyli” atan və onu diri-diri yandırmaq istəyən adamı əfv etməsi kimi qiymətləndirilə bilər”, - o vurğulayıb.

Onun sözlərinə görə, S.Zurabişvilinin yenidən seçilməsinə qalan bir neçə ay ərzində onun prezident səlahiyyətlərini necə yerinə yetirə biləcəyi mənə aydın deyil.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Prezidenti radikal müxalifətlə koordinasiyalı şəkildə hərəkət edir.

Xatırladaq ki, ötən gün S.Zurabişvili “Pirveli” telekanalına müsahibəsində məhkum L.Qriqoriadisini əfv edəcəyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin