Tbilisidə hakim partiyanın qərargahının qarşısında etiraz aksiyası keçirilir

2024/04/Ekran-1713009597.jpg
Oxunub: 95     15:24     13 Aprel 2024    
Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

Ordu.az xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının bir neçə min üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyi partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz etmək üçün toplaşıb.

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Aksiya  


Bizi "telegram"da izləyin