Erməni deputat: “Brüsseldə Ermənistanın anti-Rusiya və anti-İran poliqonuna çevrilməsi ssenarisi müzakirə olunub”

2024/04/1712999117.jpg
Oxunub: 172     16:23     15 Aprel 2024    
“Nikol Paşinyan Ermənistanı geosiyasi ziddiyyətlər səhnəsinə, erməni xalqını isə xarici oyunların sikkəsinə çevirib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Areqnaz Manukyan parlamentdə çıxışında deyib.

Onun sözlərinə görə, aprelin 5-də Brüsseldə baş verənlər Ermənistanın təhlükəsizlik imkanlarını artırmayıb və iqtisadi imkanları şaxələndirməyib, əksinə tam əksini göstərib.

“Brüsseldə yalnız Ermənistanın anti-Rusiya və anti-İran poliqonuna çevrilməsi ssenarisi, ölkəmizin ikinci Ukraynaya çevrilməsinin yol xəritəsi müzakirə olunub”, - deyə Manukyan qeyd edib.

Manukyan bildirib ki, Paşinyan Saakaşvilinin taleyini yaşayacağını bilir, Ermənistan xəritəsinə qərar verilməsini də İlham Əliyevə buraxır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Brüssel  


Bizi "telegram"da izləyin