Ermənistanda demokratik idarəetmənin reytinqi aşağı düşüb - “Freedom House”

2024/04/1712998745.jpg
Oxunub: 186     15:41     15 Aprel 2024    
“Freedom House” beynəlxalq insan haqları təşkilatı “Nations in Transit 2024” illik hesabatını dərc edib və bu hesabatda Ermənistanda demokratik idarəetmənin milli reytinqinin aşağı düşdüyünü qeyd edib.

Ordu.az-ın xəbərinə görə, hesabatda vurğulanıb ki, Ermənistanda milli demokratik idarəetmə balı 2,50-dən 2,25-ə düşüb.

Bildirilir ki, bu, icra hakimiyyətinin konsolidasiyası, mərkəzi hökumətin uzun müddətdir müxalifətçi şəhər başçılarına üstünlük verməmək, onları vəzifədən azad etmək meyli və hakim partiyanın maliyyəsinin şəffaf olmaması ilə bağlıdır.

“Nəticədə Ermənistanda demokratiyanın reytinqi 3,11-dən 3,07-yə düşüb”, - deyə sənəddə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Demokratiya  


Bizi "telegram"da izləyin