İsrail Müdafiə Nazirliyi haker hücumuna məruz qalıb

2024/04/as6-1712998500.jpg
Oxunub: 133     15:57     15 Aprel 2024    
İsrail mediası Müdafiə Nazirliyinə bağlı sistemlərin haker hücumuna məruz qaldığını yazıb.

Ordu.az xəbər verir ki, “Israel Hayom” qəzetinin məlumatına görə, hakerlər Müdafiə Nazirliyinə aid kompüterlərə sızaraq, “həssas məlumatlara” daxil olduqlarını açıqlayıblar.

“Telegram” qruplarında məxfi məlumatları paylaşan hakerlərin dərc etdiyi sənədlərin İsrail Müdafiə Nazirliyinə bağlı müqavilələrə aid olduğu və ələ keçirilən məlumatların müxtəlif forumlarda 50 bitkoin (3,3 milyon dollar) qarşılığında satışa çıxarıldığı bildirilib.

Xəbərdə hakerlərin İsraildən 500 fələstinli məhbusun azad edilməsi tələbi də yer alıb.

İsrail Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   MN  


Bizi "telegram"da izləyin