Rusiya PUA-lara qarşı yeni müdafiə tədbirləri görməyə başlayıb

2024/04/1712997108.jpg
Oxunub: 233     17:12     18 Aprel 2024    
Rusiya Ukrayna döyüş meydanında öz qüvvələrini Pilotsuz Uçuş Aparatı (PUA) təhlükələrindən qorumaq üçün yeni müdafiə tədbirləri görməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Bu tədbirlərə müxtəlif rus bölmələri ilə birlikdə xüsusi mobil zenit sistemi bölmələrinin yaradılması daxildir.

Yük maşınının şassisinə inteqrasiya olunmuş ZU-23-2 zenit 23 mm-lik avtomatik toplar və ağır pulemyotlarla təchiz olunmuş bölmələrlə PUA-larla mübarizədə sərfəli və səmərəli həll yolu tapılması hədəflənir.

Bu kontekstdə rus hərbi ekspertlər iqtisadi və effektivliyinə görə bu strategiyanı dəstəkləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin