“Akıncı” və TB2 PUA modelləri Çili bayrağı ilə nümayiş etdirilir

2024/04/1712996672.jpg
Oxunub: 434     17:20     15 Aprel 2024    
“Baykar” tərəfindən hazırlanan “Bayraktar TB2” və “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) modelləri Çilidə keçirilən FIDAE 2024 sərgisində nümayiş etdirilir.

Ordu.az xəbər verir ki, Latın Amerikası müdafiə sənayesi platforması “SA Defensa” 9-14 aprel 2024-cü il tarixləri arasında Çilinin paytaxtı Santyaqoda keçirilən FIDAE 2024 müdafiə sənayesi sərgisində nümayiş etdirilən “Bayraktar TB2” və “Akıncı” PUA-sı modellərinin görüntülərini paylaşıb.

“Bayraktar TB2” və “Akıncı” PUA-larının sursatlarının da olduğu modellərdə Çili bayrağı gözə çarpır.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Misirdə keçirilən EDEX 2023 müdafiə sənayesi sərgisində də “Bayraktar TB2” və “Bayraktar Akıncı” PUA-larının modelləri nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   TB2PUA  


Bizi "telegram"da izləyin