Fransa nüvə enerjisi ilə işləyən hücum sualtı gəmisi “Duguay-Trouin”i rəsmi olaraq aktiv xidmətə qəbul edib

2024/04/Dugua-1712994265.jpg
Oxunub: 134     15:43     15 Aprel 2024    
Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) nüvə enerjisi ilə işləyən hücum sualtı gəmisi “Duguay-Trouin”i rəsmi olaraq aktiv xidmətə qəbul edib.

Ordu.az xəbər verir ki, “Duguay-Trouin” 2030-cu ilə qədər “Rubis” sinfinə məxsus sualtı qayıq donanmasını əvəz etməsi planlaşdırılan “Barracuda” sinifinin ikinci sualtı gəmisidir.

Bu sualtı qayıq qurudan hücumlar üçün dəniz qanadlı raketi ilə təchiz olunub.

O, həmçinin dalğıcların kilidləmə otağı və göyərtə anqarı da daxil olmaqla, xüsusi təyinatlı qüvvələrin əməliyyatlarını dəstəkləyəcək imkanlara malikdir.

“Duguay-Trouin” rəsmi olaraq xidmətə daxil olmazdan əvvəl 2023-cü ilin mart ayından başlayaraq, bir sıra dəniz sınaqlarından keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Nüvə  


Bizi "telegram"da izləyin