“Maritime Tactical Systems” yeni MUSKIE M18 avtonom platformasını təqdim edib

2024/04/MUSKI-1712994194.jpg
Oxunub: 137     19:21     22 Aprel 2024    
Qara dənizdə baş verən son hadisələr insansız suüstü platformaların istifadəsi ilə müasir dəniz müharibəsinin son nöqtəsini ortaya qoyub.

Ordu.az xəbər verir ki, bu sistemlərin sürülərinin koordinasiyalı hücumları onları tutulmaz hədəflərə çevirir və dəniz nişanalmasına qarşı çəkindiricilik təmin edir.

Bu kontekstdə Dəniz Avtonom Suüstü Platformaları sahəsində yenilikçi bir şirkət olan “Maritime Tactical Systems” (MARTAC) öz məhsul çeşidində yeni MUSKIE M18 avtonom platformasını təqdim edib.

M18 birtərəfli missiyalarda istifadə üçün nəzərdə tutulan, 5,5 m uzunluğunda olan ucuz sistemdir.

M18 platforması 50 düyündən çox sürətə, 500 dəniz milinə qədər səyahət mənzilinə və 450 kiloqrama qədər yükgötürmə qabiliyyətinə malik tək gövdəli dəniz platformasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MUSKIE   M18  


Bizi "telegram"da izləyin