Yeni Zelandiya P-8A-sı Yaponiyaya yerləşdiriləcək

2024/04/NZ-P--1712993885.jpg
Oxunub: 179     16:34     17 Aprel 2024    
Yeni Zelandiya Müdafiə Qüvvələri (NZDF) altıncı dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edən qətnamələrinin yerinə yetirilməsinə kömək etmək üçün dəniz patrul təyyarəsi və mütəxəssis heyəti göndərəcək.

Ordu.az xəbər verir ki, Şimali Koreya Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, ballistik raketlər buraxmaqda davam edir.

Sanksiyaların məqsədi ölkəni nüvə silahından qurtulmağa və ballistik raket silahlarından imtina etməyə inandırmaqdır.

Təhlükəsizlik Şurasının sanksiyalarının həyata keçirilməsini dəstəkləyən əvvəlki patrulları artıq istismardan çıxarılmış P-3K2 “Orion” aparıb.

“Poseidon” təyyarəsi və ekipajı Yaponiyada yerləşdiriləcək. Bu təyyarə İcra Koordinasiya Mərkəzinə dəstək olaraq mühafizə uçuşları həyata keçirəcək. Bu patrul uçuşları aprel və may aylarında həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YeniZelandiya   Yaponiya  


Bizi "telegram"da izləyin