“Freedom House”: Ermənistan əhalisinin və hökumətinin Rusiyaya münasibəti xeyli pisləşib

2024/04/1712992480.jpg
Oxunub: 230     21:13     15 Aprel 2024    
“Freedom House” beynəlxalq insan haqları təşkilatı “Nations in Transit 2024” adlı illik hesabatında Ermənistan cəmiyyətinin və hökumətinin Rusiyaya münasibətinin xeyli pisləşdiyini qeyd edib.

Ordu.az-ın xəbərinə görə, Rusiya Ermənistandakı ictimai rəydə çoxdankı əlverişli mövqeyini itirib.

“2023-cü ilin dekabrında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 31 faizi bütün ölkələr arasında Ermənistanın təhlükəsizliyinə ən böyük təhlükənin Rusiya olduğunu düşünür”, - deyə hesabatda bildirilib.

“Freedom House” vurğulayıb ki, respondentlərin 40 faizi Rusiyanı ən böyük siyasi təhlükə, 51 faizi isə Rusiyanı ən böyük iqtisadi təhlükə adlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin