Erməni siyasi xadim: “Ermənistanın daxili təhlükəsizliyinin biabırçı dərəcədə aşağı səviyyədə olduğu göz qabağındadır”

2024/04/1712991830.jpg
Oxunub: 148     16:34     16 Aprel 2024    
“Təbii ki, heç kimə bədbəxt hadisələrdən təminat verilməyib, lakin Ermənistanın daxili təhlükəsizliyinin biabırçı dərəcədə aşağı səviyyədə olduğu, nəticədə ölülərimizin və xəsarət alanlarımızın olduğu göz qabağındadır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yaşanılası Ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan “Facebook” səhifəsində Ermənistanda baş verən və 4 erməni hərbi qulluqçunun öldüyü, 20-nin yaralandığı yol qəzasına istinadən yazıb.

“Strateji əhəmiyyətli işlərin əvəzinə akademik şəhərlə və buna bənzər şoularla məşğul olan hökumət üçün insan həyatı və sağlamlığı çoxdan dəyər olmaqdan çıxıb. Ölənlərin yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”, - deyə Arakelyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daxili-təhlükəsizlik   Ermənistan  


Bizi "telegram"da izləyin