İtaliya NATO-nun şərq cinahında mövcudluğunu gücləndirir

2024/04/1712990973.jpg
Oxunub: 151     17:12     16 Aprel 2024    
İtaliya ordusunun birgə qüvvələr əməliyyat komandanı general Françesko Paolo Fiqliuolo İtaliyanın NATO-nun şərq cinahında mövcudluğunu gücləndirməkdə qərarlı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, İtaliya ordusunun xaricdəki bütün missiyalarına cavabdeh olan bölmənin rəhbəri olan general Fiqliuolo Senat və Nümayəndələr Palatasının Birgə Müdafiə və Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edib və İtaliya ordusunun xaricdə yerinə yetirdiyi bəzi missiyalar haqqında məlumat verib.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, Fiqliuolo İtaliyanın NATO-nun şərq cinahını gücləndirməkdə qərarlı olduğunu qeyd edib.

Bu çərçivədə Fiqliuolo Atlantik Alyansının şərq cinahında və Baltik dənizində 3 min hərbi qulluqçu, 1100 quru platforması, 20 təyyarə və 1 ədəd “Fremm” sinfinə məxsus çoxməqsədli “Luigi Rizzo” freqatının vəzifə yerinə yetirdiyini açıqlayıb.

O qeyd edib ki, Polşadakı “Malbork” aviabazasında 4 “Eurofighter Typhoon” təyyarəsi, 1 informasiya kəşfiyyat təyyarəsi və 220 hərbi qulluqçu missiya yerinə yetirir.

Fiqliuolo təyyarələrin Rusiya təyyarələrinin qarşısını almaq kimi missiyalarda da iştirak etdiyini bildirib.

İtaliyalı general ölkəsinin 2023-cü ildə 1420 Ukrayna hərbi qulluqçusuna təlim keçdiyi ilə bağlı məlumatı da paylaşıb.

Qəzzadakı vəziyyətə toxunan Fiqliuolo bildirib ki, hazırda Rəfahda səhra xəstəxanasının yaradılması üçün heç bir şərait yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   NATO  


Bizi "telegram"da izləyin