Cənubi Koreya və ABŞ birgə SZ işçi qrupu yaradıb

2024/04/1712990899.jpg
Oxunub: 139     15:20     17 Aprel 2024    
Cənubi Koreya Xarici İşlər Nazirliyi ABŞ ilə birgə Süni Zəka (SZ) işçi qrupu yaratdıqlarını açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, nazirlikdən verilən açıqlamada bildirilib ki, Cənubi Koreya və ABŞ ilə əməkdaşlıq çərçivəsində yaradılmış SZ üzrə birgə işçi qrupun ilk iclası keçirilib.

Qeyd olunub ki, görüşdə tərəflər SZ sahəsində beynəlxalq standartların işlənib hazırlanması və birgə tədqiqatların aparılması üçün əməkdaşlıq etmək barədə qərar qəbul ediblər.

Birgə işçi qrupunun iki ölkə arasında texnologiya sahəsində əməkdaşlığı artıracağı vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ  


Bizi "telegram"da izləyin