ABŞ və Yaponiya birgə hipersəs raketi əleyhinə sistemin yaradılması planını qəbul ediblər

2024/04/1712989632.jpg
Oxunub: 186     17:45     16 Aprel 2024    
ABŞ və Yaponiya birgə hipersəs raketi əleyhinə sistemin yaradılması planını qəbul etdiklərini açıqlayıblar.

Ordu.az xəbər verir ki, iki ölkə GPI adlı Əməkdaşlığın İnkişafı proqramı çərçivəsində birgə hipersəs raketi əleyhinə sistem hazırlamağa razılaşdıqlarını bildiriblər.

Yaponiya Baş naziri Fumio Kişidanın ABŞ səfəri münasibətilə Ağ Evdən verilən açıqlamada qeyd olunub: “ABŞ və Yaponiya hipersəs təhlükələrinə qarşı birgə hipersəs raketi əleyhinə sistem hazırlayacaqlar”.

Hələlik ABŞ və Yaponiya 2023-cü ilin sonunda işə saldıqları GPI proqramı haqqında heç bir təfərrüat verməyiblər.

Ancaq ABŞ-də yerləşən müdafiə sənayesi təşkilatları “Northrop Grumman” və “Raytheon” ABŞ Raketdən Müdafiə Agentliyi tərəfindən təyin olunduqlarını və GPI konsepsiyasını ayrıca hazırlamaq üçün müqavilə imzaladıqlarını açıqlayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin