“Past”: Paşinyan Putinin inauqurasiyasına getsə, Qərbə qarşı çıxacaq

2024/04/1712988185.jpg
Oxunub: 189     16:30     15 Aprel 2024    
Ötən gün Nikol Paşinyan jurnalistlərə bildirib ki, Avrasiya İqtisadi Birliyinin mayın 8-də Moskvada keçiriləcək yubiley sammitində, eləcə də mayın 7-də Rusiya Federasiyası prezidentinin andiçmə mərasimində iştirakla bağlı hələlik qərar yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan “Qərar nədən asılıdır?” sualına belə cavab verib: “Bütün qərarlar kimi, bir çox hallardan asılıdır”.

“Bizdə olan məlumata görə, əsas “hal” Qərbin təzyiqidir, bundan Paşinyan nəyin bahasına olursa-olsun Rusiya ilə əlaqələri kəsməyə məcbur edilir. İndi Nikol Paşinyan çox ciddi qərar qəbul etmək ərəfəsindədir. Putinin inauqurasiyasına getmək və ya yalnız AİB sessiyasında iştirak etmək Qərbə qarşı getmək deməkdir, Moskvaya ümumiyyətlə getməmək isə tamamilə düşmən demarş kimi qəbul edilə bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin