Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var

2024/04/IMG-2-1712985691.jpg
Oxunub: 382     08:59     13 Aprel 2024    
Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armeniya”ya təsdiqləyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Qəza  


Bizi "telegram"da izləyin