Şimali Koreyanın daha bir naziri Rusiyaya səfər edir

2024/04/1712983743.jpg
Oxunub: 130     07:39     13 Aprel 2024    
Koreya Xalq Demokratik Respublikasının səhiyyə naziri Çon Mu-rim departamentin nümayəndə heyətinin rəhbəri ilə Rusiyaya gedib və burada uzun illərdən sonra ilk dəfə olaraq rusiyalı həmkarı ilə danışıqlar aparacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi feysbukda diqqətə çatdırıb.

Bildirilib ki, aprelin 13-də Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqra səhiyyə naziri Çon Mu-rimin rəhbərlik etdiyi nümayəndə heyətini “rusiyalı tərəfdaşlarla işgüzar danışıqlar üçün” paytaxt Moskvaya yola salıb.

“6 günlük səfər zamanı elmi və praktiki tibb sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin Ailə Planlaşdırılması və Reproduksiya Mərkəzinə səfər nəzərdə tutulub”, – səfirliyin mətbuat xidməti qeyd edib.

Qeyd edək ki, Rusiya ilə KXDR arasında ikitərəfli mübadilələr 2023-cü ilin ikinci yarısından etibarən intensivləşib. Sentyabrda Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edib. Martın sonunda xarici iqtisadi işlər naziri Yun Cjon-ho, aprelin 5-də isə KXDR təhsil naziri Kim Sın-du Moskvada olub. Yanvarda Şimali Koreyanın xarici işlər naziri Soy Son-hi Rusiyada səfərdə olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya  


Bizi "telegram"da izləyin