Aİ komitəsinin sədri: Minatəmizləmədə Azərbaycanın ən böyük dəstəkçisiyik

2024/04/1712983108.jpg
Oxunub: 158     05:31     13 Aprel 2024    
Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə qeyd edib.

“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – sədr bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Minatəmizləmə  


Bizi "telegram"da izləyin