ABC News: İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb

2024/04/1712982609.jpg
Oxunub: 141     04:31     13 Aprel 2024    
İran İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırlayıb.


Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “ABC News” telekanalı amerikalı rəsmilərə istinadən bildirib.

“ABŞ rəsmiləri İranın İsrailə raket və dron zərbələri ilə hücum etməyə hazır ola biləcəyinə dair göstəriciləri görməyə davam edir. Üç ABŞ rəsmisinin sözlərinə görə, İran mümkün zərbə üçün çoxlu sayda raket hazırlayıb. Rəsmilərdən ikisi deyib ki, İran mümkün zərbə üçün 100-dən çox qanadlı raket hazırlayıb”, – telekanal nəql edib.

Rəsmilərdən biri “İranın İsrailə hücumda istifadə edə biləcəyi xeyli sayda dron hazırladığını” diqqətə çatdırıb.

Rəsmilər deyiblər ki, sözügedən proseslər İranda bir həftədir davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin