Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

2024/04/1712982143.jpg
Oxunub: 110     00:34     13 Aprel 2024    
Birləşmiş Ştatların Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı “TASS“ agentliyi yayıb.

“Regional çəkindirmə səylərini gücləndirmək və ABŞ-nin bölgədəki qüvvələrini qorumaq üçün regiona əlavə qüvvələr göndəririk”, - Pentaqon rəsmisi agentliyinin əməkdaşına deyib.

O, bölgəyə dəqiq neçə hərbçi və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, aprelin 12-də “The Washington Post“ öz mənbələrinə istinadən yazıb ki, ABŞ İranın İsrailə potensial zərbəsi ilə bağlı narahatlıqlar fonunda bölgəyə əlavə gəmi və təyyarələr göndərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   YaxınŞərq  


Bizi "telegram"da izləyin