Ermənistanda Ohanyanı və Köçəryanın oğlunu parlamentin iclasına buraxmayıblar

2024/04/1712913282.jpg
Oxunub: 147     18:40     15 Aprel 2024    
Ötən gün Ermənistan parlamentində müxalif “Hayastan” və “Şərəfim Var” fraksiyalarının təşəbbüsü ilə demarkasiya və delimitasiya mövzusu ilə bağlı qapalı müzakirə aparılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, müzakirələrdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Baş nazirin müavini Mher Qriqoryan iştirak ediblər.

“Məlumata görə, müzakirə kifayət qədər qızışıb. Əvvəla, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri əvvəldən məxfi məsələləri müzakirə edəcəklərini əsas gətirərək, sessiyanın qapalı formatda keçirilməsi üçün səylərini əsirgəməyiblər. Üstəlik, gizlilik icazəsinin olmadığı əsas gətirərək, bir neçə müxalifət deputatını - Seyran Ohanyan, Levon Köçəryan, Armen Gevorqyan, Aspram Krpeyan, Arman Qazaryan, Mher Melkonyan, Armen Rustamyan, Mher Sahakyan və Artur Sarkisyanı iclasa buraxmayıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin