HVAV: “Çağırışçıların məktəbi”nin saytı Rusiyada, sonra isə Ermənistanda bloklanıb

2024/04/1712912946.jpg
Oxunub: 134     16:47     15 Aprel 2024    
2024-cü il aprelin 5-də erməni hüquq müdafiəçisi Anton Şçerbak Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə müraciət edib.

Ordu.az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatında qeyd olunub.

Qeyd olunur ki, Şçerbak uzun illər Rusiyada insan hüquqlarının, xüsusən də hərbi qulluqçuların və çağırışçıların hüquqlarının müdafiəsi ilə məşğul olub, “Çağırışçıların məktəbi” təşkilatı ilə əməkdaşlıq edib.

“Şçerbak bildirib ki, “Çağırışçıların məktəbi”nin saytı Rusiyada, sonra isə Ermənistanda bloklanıb. Ermənistanda saytı bloklamaqla, Ermənistan İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının 10-cu maddəsini, ifadə azadlığı hüququnu pozub. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edərək, saytın bloklanmasının səbəbləri və hüquqi əsasları barədə məlumat verməyi tələb edib. Eyni zamanda, qurum Ermənistanda saytın bloklanmasının aradan qaldırılmasını və onun fasiləsiz fəaliyyətinin təmin edilməsini tələb edib. Təşkilat qeyd edir ki, Ermənistan ərazisində olduğu kimi Rusiya ərazisində internet saytlarının fəaliyyətinə eyni məhdudiyyətlərin tətbiqi qanuni deyil”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin