“Rusiya Cənubi Qafqazı tərk etməyəcək, 2-ci cəbhə açmağa çalışan qüvvələr var” - Dmitri Trenin

2024/04/86625-1712912483.jpg
Oxunub: 495     21:23     16 Aprel 2024    
“Rusiya rəhbərliyinin və nümayəndələrinin Ermənistana qarşı addımları və davranışları son dərəcə təmkinlidir və normal, ciddi, qarşılıqlı hörmət əsasında söhbət üçün heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət fakültəsinin professoru, Karnegi Moskva Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin deyib.

“Düşünürəm ki, fürsət hələ tam əldən verilməyib. Hesab edirəm ki, Ermənistan tərəfi münasibətləri aydınlaşdırmaq, bu münasibətlər üçün daha əlverişli atmosfer yaratmaq addımı ata bilərdi və atmalıdır. Amma biz hazırda tam əks istiqamətdə addımların tam əksini görürük. İstək olsaydı, bəli, mümkün idi. Mən görürəm ki, Rusiya tərəfində təbii olaraq sosial şəbəkələrdə Ermənistanı çox sərt və çox mənfi tənqid edən qaynar başlar var, amma Rusiya rəhbərliyinin, Rusiya rəsmilərinin addımlarına, onların davranışlarına nəzər salsaq, bu, son dərəcə təmkinlidir. Burada mən deyərdim ki, normal, ciddi, qarşılıqlı hörmət əsasında söhbət üçün heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir və Rusiya, məncə, sadəcə olaraq götürüb uzaqlaşmayacaq”, - deyə Trenin qeyd edib.

Rusiyalı politoloq bildirib ki, Rusiya ilə Ermənistanı birləşdirən maraqlarla yanaşı, Ermənistanla Rusiya arasında yaxın vaxtlara qədər çox uzun, dərin və güclü olan münasibətlər ənənəsi də mövcuddur.

O vurğulayıb ki, Ermənistan-Rusiya münasibətlərindəki mövcud çətinliklərdən istifadə edərək, 2-ci cəbhə açmağa çalışan qüvvələr var.

Trenin bildirib ki, vəziyyət mürəkkəb, təhlükəli və hər şeydən əvvəl Ermənistan üçün təhlükəlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin