Erməni deputat: “Ermənistan ordusunun yarısı hələ də ov paltarındadır”

2022/12/87sd8-1670059477.jpg
Oxunub: 188     15:20     15 Aprel 2024    
“Mən Vazgen Sarkisyanın (Ermənistanın birinci müdafiə naziri-red.) qardaşı Aram Sarkisyana, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikaelyana və minlərlə “Yerkrapah” üzvünə müraciət edirəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan parlamentdə çıxışı zamanı deyib.

“Ötən gün bu tribunadan Nikol Paşinyan Vazgen Sarkisyanı erməni xalqını uçurumun kənarına çıxarmaqda ittiham edib. 1996-98-ci illərdə Vazgen Sarkisyan Ermənistanın həm daxili, həm də xarici siyasətinin təhlükəsizlik sistemində ən həlledici iştiraka malik idi. 2021-ci ildə hökumət peşəkar orduya keçidi, müddətli və çağırışçı hərbi xidmətin strukturunu dəyişdirməyi vəd etsə də, bu gün peşəkar ordu yoxdur, lakin müddətli və çağırışçı hərbi xidmətin strukturu dəyişib, əvvəlcə üç aylıq təlim toplanışları həyata keçirilirdi, indi isə 25 günlük təlim toplanışları həyata keçirilir. Seçkilərdən əvvəl söz verdilər ki, xidmət müddəti il yarım olacaq, seçki bitdi, saxtakarlıq etdilər” - deyə Manukyan qeyd edib.

Erməni deputat bildirib ki, silahlı qüvvələrinin tətbiqi planı istənilən vəziyyətdə bütün ordunun əməliyyatıdır.

“Bunu Təhlükəsizlik Şurası təsdiqləyib, amma mən Baş Qərargah rəisinə və müdafiə nazirinə Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinə “hücum” zamanı baş vermiş insident barədə sual verəndə deyir ki, başqa bir şey planlaşdırılmışdı. Genişmiqyaslı müharibənin olmaması üçün heç nə etməmişik”, - deyə o vurğulayıb.

Manukyan əlavə edib ki, Ermənistan ordusunun yarısı hələ də ov paltarındadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin