3 İtaliya sualtı qayığının son dayanacağı İzmir oldu

2024/04/1712909521.jpg
Oxunub: 326     18:11     15 Aprel 2024    
Uzun illər İtaliya Hərbi Dəniz Qüvvələrinə (HDQ) xidmət edən və istismardan çıxarılan 3 sualtı qayıq sökülmək məqsədilə İzmir Əliağaya aparılmaq üçün son səfərinə çıxıb.

Ordu.az xəbər verir ki, gəmiyə yüklənən sualtı qayıqlar yaxın günlərdə Əliağaya çatacaq.

Aprelin 5-6-da İtaliyanın Tino adasının sahillərində üç sualtı qayıq gəmiyə yüklənib. Aprelin 8-də daşıyıcı gəmi İzmirə doğru yola düşüb.

Məlumata görə, Əliağada sualtı qayıqlarla yanaşı, “Artigliere” və “Bersagliere” patrul gəmiləri, “Scirocco” və “Maestrale” freqatları da söküləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   İzmir  


Bizi "telegram"da izləyin