“Bayraktar Akıncı” zərbə PUA-sı 50 min saatını geridə qoydu

2024/04/1712909471.jpg
Oxunub: 165     17:43     15 Aprel 2024    
“Baykar” tərəfindən milli və yerli olaraq inkişaf etdirilən “Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) 50 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq, Türkiyə aviasiya tarixində daha bir mühüm mərhələni geridə qoyub.

Ordu.az xəbər verir ki, indiyə qədər 9 ölkə ilə ixrac müqaviləsi imzalayan “Bayraktar Akıncı” səmərəli xidmətini davam etdirir.

Türkiyənin milli PUA-sı aviasiya tarixində ilk dəfə həyata keçirilən uçuşlarda iştirak edib.

“Bayraktar Akıncı” zərbə PUA-sı və “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsinin ilk dəfə 2023-cü il aprelin 24-də Çorluda həyata keçirilən sınaqda yerinə yetirdiyi və dünya aviasiya tarixində bir ilk olan yaxın qol uçuşundan sonra TEKNOFEST 2023-də yeni bir ilkə imza atılıb.

“Akıncı” və “Kızılelma” İstanbul səmasında dəfələrlə ictimaiyyət qarşısında eyni uçuşu həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Akıncı   PUA  


Bizi "telegram"da izləyin