FNSS yerli qüllə və içki ilə almanların “Leopard 2” ilə həyata keçirdikləri sınağa bənzər bir sınaq keçirib - VİDEO

2024/04/1712909418.jpg
Oxunub: 571     17:28     15 Aprel 2024    
Türkiyənin zirehli quru platformaları istehsalçısı FNSS yerli qüllə və içki ilə almanların “Leopard 2” ilə həyata keçirdikləri sınağa bənzər bir sınaq keçirib.

Ordu.az xəbər verir ki, FNSS Konya Karapınarda atış sınaqları həyata keçirən “Pars” IV 8×8 Zirehli Döyüş Vasitəsi üzərindəki “Teber-35” Uzaqdan İdarə Olunan Qülləsinin lüləsinə bir stəkan ayran qoyub.

“Pars” IV 8×8 daha sonra kobud ərazi üzərində bir müddət səyahət edib və sonra dayanıb.

Vasitə dayandıqdan sonra “Teber-35” Qülləsinin 35 mm-lik lüləsinin üzərində dayanan ayran stəkanına baxan vasitə personalı ayranın tökülmədiyini təsdiqləyib və içib.

Mediada bu, ağıllı, gülməli və cəsur bir addım kimi qiymətləndirilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   Leopard-2  


Bizi "telegram"da izləyin