ABŞ Yunanıstana F-35 tədarükü üçün LOA göndərib

2024/04/1712909275.jpg
Oxunub: 202     17:07     15 Aprel 2024    
ABŞ Müdafiə Nazirliyi Yunanıstanın F-35A “Lightning II” döyüş təyyarələrinin Yunanıstan Müdafiə Nazirliyinə tədarükü ilə bağlı Təklif və Qəbul Məktubu (LOA) göndərib.

Ordu.az xəbər verir ki, 2024-cü ilin yanvarında ABŞ Yunanıstana F-35A “Lightning II” döyüş təyyarələrinin mümkün satışını təsdiqləyib.

Sözügedən təsdiq təxmini büdcəsi 8,6 milyard dollar olan 40 ədəd F-35A “Lightning II” döyüş təyyarəsi, radioelektron mübarizə və radioelektron sistemlərin tədarükünü əhatə edir.

Məlumata görə, F-35 üçün müqavilənin imzalanmasına imkan verəcək Təklif və Qəbul Məktubu (LOA) çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyi Pentaqon tərəfindən ABŞ-nin Afinadakı Səfirliyinin Müdafiə Əməkdaşlığı Ofisinə (ODC) təhvil verilib.

Daha sonra LOA çərşənbə günü Yunanıstan Müdafiə Nazirliyinin Müdafiə Avadanlıqları və İnvestisiyaları Baş İdarəsinə təhvil verilib.

Məktubun gəlməsi ilə imzalanacaq müvafiq müqavilələr üçün 60 günlük geri sayım başlayır. Yunanıstan Hərbi Hava Qüvvələrinin (HHQ) ilk F-35-i 2028-ci ildə alacağı gözlənilir.

Yeni dövrdə Yunanıstan HHQ F-35A, F-16 “Blok 70/52+” və “Rafale” döyüş təyyarələrindən ibarət olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin