“Altay” tankının istehsal olunacağı fabrikin təməli qoyulub

2024/04/1712909207.jpg
Oxunub: 609     16:52     15 Aprel 2024    
BMC-nin Kütləvi İstehsal “Altay” Tankını da istehsal edəcəyi Ankara Kosmos və Aviasiya İxtisaslaşdırılmış Mütəşəkkil Sənaye Bölgəsində (HAB) yerləşən Zirehli Vasitə İstehsalı Müəssisəsinin təməli qoyulub.

Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Komitəsinin (MSK) etdiyi paylaşıma görə, BMC-nin bir müddətdir çalışdığı Ankara HAB-da Zirehli Vasitə İstehsal Müəssisəsinin təməli aprelin ilk həftəsində qoyulub.

Təməlqoyma mərasimində Türkiyə MSK sədri Haluk Görgün, sədr müavinləri, BMC sədri Fuat Tosyalı, MSK və BMC-nin nümayəndələri iştirak ediblər.

Digər tərəfdən, mərasimdən sonra eyni ərazidə yerləşən “BMC Power” Zavodu da ziyarət edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay   Tank  


Bizi "telegram"da izləyin