Britaniya “Lynx Brutal Over Snow” Kəşfiyyat Vasitələrinin parkını təhvil alacaq

2024/04/sds5-1712908245.jpg
Oxunub: 152     15:34     17 Aprel 2024    
Britaniya Dəniz Piyadaları Korpusu Arktika missiyaları üçün 159 ədəd qar motosikletinə 12,6 milyon dollar sərmayə qoyacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Britaniyanın Dəniz Piyadaları Komando Qüvvələri Kanada istehsalçısı “Bombardier Recreational Products” tərəfindən istehsal olunan “Lynx Brutal Over Snow” Kəşfiyyat Vasitələrinin parkını təhvil alacaq.

Məlumata görə, yeni vasitələr Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Sahil Müdaxilə Qrupu tərəfindən Qütb bölgəsində kəşfiyyat, basqın və hücum missiyaları üçün istifadə olunacaq.

Britaniya HDQ-nin Komando Qüvvələri Proqramının direktoru, kapitan Nik Unvin bildirib ki, bu satınalma ordunun transformasiyasında növbəti addımdır.

Məlumata görə, qar motosikletlərinin tədarükü 2025-ci ilin martında başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   HDQ  


Bizi "telegram"da izləyin