Almaniya Litvada daimi briqada yaratmağa başlayır

2024/04/1712906392.jpg
Oxunub: 146     20:54     15 Aprel 2024    
Almaniya Litvada birinci mərhələdə 150 hərbi qulluqçudan ibarət bir bölmə ilə daimi hərbi briqada yaratmağa başlayıb.

Ordu.az xəbər verir ki, Berlin ötən il Rusiya ilə gərginliyin artdığı bir vaxtda NATO-nun Litvada şərq cinahındakı daimi bazasında təxminən 4800 hərbi qulluqçu yerləşdirəcəyini açıqlayıb.

Litva Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, 150 hərbi qulluqçudan ibarət birliyə bütün briqadanın Litvaya köçürülməsini planlaşdırmaq və hərbi infrastruktur ehtiyaclarını koordinasiya etmək tapşırılıb.

Berlin 2027-ci ilin sonuna qədər Litvaya tank bölmələri də daxil olmaqla ağır briqada yerləşdirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Litva  


Bizi "telegram"da izləyin