Yunanıstan ABŞ-dən 35 ədəd UH-60M “Black Hawk” satın alıb

2024/04/1712906182.jpg
Oxunub: 134     16:32     15 Aprel 2024    
Yunanıstan hökuməti ABŞ-dən 35 ədəd UH-60M “Black Hawk” helikopterinin alınmasına rəsmən icazə verib.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən 2023-cü ildə təsdiqlənmiş xarici hərbi satışların 1,95 milyard dollar dəyərində olduğu təxmin edilir.

Məlumata görə, müqaviləyə helikopterlərin Yunanıstan ordusuna rahat inteqrasiyasını təmin etmək üçün kadr hazırlığı və təlim avadanlıqları da daxil ediləcək.

Helikopterlərin təxmini təhvil verilmə tarixi hələ açıqlanmayıb.

Qeyd edək ki, UH-60M-lər 1970-ci illərdə “Lockheed”ə məxsus “Sikorsky” tərəfindən oxşarlarına nisbətən əhəmiyyətli performans, sağqalma qabiliyyəti və etibarlılıq təkmilləşdirmələrinə sahib köməkçi helikopter olaraq istehsal edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   ABŞ  


Bizi "telegram"da izləyin