Yaponiya ilk insansız quru platforması parkını sifariş etdiyini açıqlayıb

2024/04/2024--1712652939.jpg
Oxunub: 118     16:11     15 Aprel 2024    
Yaponiya Müdafiə Nazirliyi müdafiə sənayesi istehsalçısı “Rheinmetall” ilə ilk avtonom insansız quru platforması parkının istehsalı üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, müəyyən edilməmiş sayda “Rheinmetall Mission Master” SP UGV gələn ilin əvvəlində milyonlarla dollarlıq müqavilə çərçivəsində sınaq üçün təhvil veriləcək.

Məlumata görə, platformalar Yaponiyanın “Marubeni Aerospace” şirkəti ilə əməkdaşlıq çərçivəsində istehsal edilərək təhvil veriləcək və müqaviləyə ehtiyat hissələri, eləcə də uzunmüddətli dəstək və təlim proqramı daxildir.

Platformaların hər biri yük, müşahidə və uzaqdan idarə olunan silah stansiyası da daxil olmaqla müxtəlif faydalı yük modulları ilə təchiz ediləcək və süni zəka ilə işləyən “Rheinmetall” PATH naviqasiya sistemi ilə idarə olunacaq.

Məlumata görə, platformalar çətin relyeflərdə daha çox hərəkətlilik əldə etmək üçün tırtıllarla təchiz ediləcək.

2017-ci ildə “Rheinmetall Canada” tərəfindən hazırlanan platfomalar ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra NATO ölkələri tərəfindən alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rheinmetall  


Bizi "telegram"da izləyin