Avropa sursat böhranı ilə üz-üzədir

2024/04/2024--1712651184.jpg
Oxunub: 197     17:57     17 Aprel 2024    
Partlayıcı maddələr, barıt və bərk raket yanacağı istehsalında istifadə edilən nitroselülozun tədarükündən yaranan problem səbəbindən Avropada sursat böhranı yaşanır.

Ordu.az xəbər verir ki, nitroselüloz istehsalında istifadə edilən pambıq kütləsinin 70 faizindən çoxunu Çindən alan Avropa geosiyasi səbəblərdən Çinin embarqosu ilə üzləşib.

Son zamanlar Avropa rəsmilərinin ardıcıl bəyanatları regionun ciddi sursat böhranı yaşadığını ortaya çıxarıb.

Avropa İttifaqı (Aİ) Komissiyası silah-sursat istehsal gücünü artırmaq üçün Avropa şirkətlərinə maliyyə dəstəyi verəcəyini açıqlayıb.

Ancaq müdafiə sənayesinin sursat istehsalında istifadə edilən nitroselüloz çatışmazlığı problemi aradan qaldırmaq üçün kifayət etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Sursat   Böhran  


Bizi "telegram"da izləyin