Norveç 12 il ərzində müdafiə büdcəsində təxminən 56 milyard dollarlıq “tarixi artım” planlaşdırır

2024/04/2024--1712564147.jpg
Oxunub: 170     19:44     15 Aprel 2024    
Norveç hökuməti “tarixi artım” olaraq xarakterizə etdiyi “müdafiə büdcəsini 12 ildə təxminən 56 milyard dollar artırmağı hədəfləyən büdcə planı”nı parlamentə təqdim edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Norveç hökuməti rəsmi internet saytında uzunmüddətli müdafiə büdcəsi planı ilə bağlı bəyanat dərc edib və bunu “tarixi artım” kimi qiymətləndirib.

Açıqlamaya görə, Norveçin Baş naziri Yonas Qar Stör 12 il ərzində müdafiə büdcəsini təxminən 56 milyard dollar (600 milyard kron) artırıb, 2036-cı ilə qədər ümumi müdafiə xərclərini təxminən 152 milyard dollar (1624 milyard kron) təşkil etməyi hədəflədiklərini bildirib.

Norveçin yaranan təhlükəsizlik mühitində məqsədə uyğun bir müdafiəyə ehtiyacı olduğunu ifadə edən Stör bu vəziyyətin heç bir ölkəni və ya NATO-nu təhdid etmədiyini, müharibə vəziyyətində ölkələrini qoruyacaq vəziyyətdə olmalarının lazım olduğunu deyib.

“Təhlükəsizlik mühitimiz pisləşdikcə, biz daha çox xərcləməli, müdafiə və hazırlığa daha çox diqqət yetirməliyik”, - deyə Stör qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   NATO  


Bizi "telegram"da izləyin