“İran mətbuatında İranın Ermənistana silah-sursat verməyə başladığı barədə məlumatlar yayılıb”

2024/04/660fa-10273802424.jpg
Oxunub: 3129     16:12     08 Aprel 2024    
“İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı olan “Telegram” kanallarında İranın Ermənistana silah və sursat tədarük etməyə başladığı barədə məlumatlar yayılmağa başlayıb”.

Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan öz “Telegram” kanalında yazıb.

“Sözügedən məlumat heç bir şəkildə rəsmi xarakter daşımır, lakin diqqətəlayiq olan odur ki, bu həm də informasiya və təbliğat təzyiqi ilə Azərbaycanın Ermənistana qarşı getmək fəaliyyətini cilovlamağa yönəlib”, - deyə Voskanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin