Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - YENİLƏNİB

2024/04/4b2d3-5136704457.jpg
Oxunub: 328     16:42     04 Aprel 2024    
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Moskvada keçirilən MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.




***

Moskvada MDB-yə üzv dövlətlərin Baş Qərargah Rəisləri Komitəsinin növbəti görüşü keçirilib.

Ordu.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, görüşdə Azərbaycan Ordusunun Baş Qərargah Rəisi, general-polkovnik Kərim Vəliyev də iştirak edib.

İclasda Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov çıxış edib. O, istər sərhədyanı ölkələrdə, istərsə də qlobal səviyyədə mövcud hərbi-siyasi vəziyyət, o cümlədən MDB ölkələrinin hərbi təyinatlı məhsulların istehsalı sahəsində əməkdaşlıq perspektivləri ətrafında müzakirələr keçirlməsi, eləcə də qoşunların döyüş qabiliyyətinin səhra şəraitində yoxlanılması üçün birgə təlimlərin təşkili barədə təkliflərlə çıxış edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   MDB  


Bizi "telegram"da izləyin