"Politico": F-16 qırıcıları artıq Ukrayna Silahlı Qüvvələri üçün aktual deyil

2024/02/1708768807.jpg
Oxunub: 258     09:10     04 Aprel 2024    
Amerikanın F-16 qırıcıları artıq Ukrayna ordusu üçün aktual deyil.

Ordu.az xəbər verir ki, bu fikri Ukrayna Silahlı Qüvvələrinin zabitləri “Politico” qəzetinə bildiriblər.

"Çox vaxt biz silah sistemlərini ehtiyac duyduğumuz an almırıq. Biz onları artıq aktuallığını itirəndə əldə edirik. Hər silahın öz vaxtı var. F-16-lar 2023-cü ildə lazım idi, lakin 2024-cü ildə onlar əhəmiyyətsizdir", - deyə bildirilib.

Ukrayna hərbçiləri F-16-nın əhəmiyyətini itirməsinə səbəbini Rusiya Silahlı Qüvvələrinin qırıcıların mümkün zərəsizləşdirmə zonasının maksimum artırması ilə əsaslandırır.

Qeyd olunub ki, qırıcıların cəbhə xəttindən mümkün qədər uzaq tutulması üçün S-400 sistemlərinin yerləşdirilmə mövqeləri aktiv şəkildə artırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin