“Bütün dünya müharibəyə, Nikol isə sülh yolu ilə təslim olmağa hazırlaşır” - Şarmazanov

2024/04/1712176551.jpg
Oxunub: 180     15:35     04 Aprel 2024    
“Biz müharibədən yox, “dinc” azərbaycanlaşmadan qorxmalıyıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, müharibələr dünyada tez-tez baş verən qaçılmaz proseslərdir.

Şarmazanov qeyd edib ki, hətta ən güclülər də müharibələrdən sığortalanmayıb.

“Ona görə də ola biləcək müharibədən qorxmamaq və hər şeyi türkçülərə güzəştə getmək yox, onların ayaqları altına düşməmək üçün dövlətin müdafiə qabiliyyətinin qayğısına qalmaq lazımdır. Bütün dünya müharibəyə, Nikol isə sülh yolu ilə təslim olmağa hazırlaşır. Nikol mənə Böyük Britaniyanın məşhur Baş naziri Çemberleni xatırladır”, - deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikol   Sülh  


Bizi "telegram"da izləyin