“Northrop Grumann” Ay əsaslı dəmir yolu layihəsində iştirak edəcək

2024/03/1711747589.jpg
Oxunub: 193     16:57     17 Aprel 2024    
“Northrop Grumman” 10 illik Ay Memarlığı (LunA-10) Qabiliyyət Tədqiqatının bir hissəsi olaraq Ay əsaslı dəmir yolu şəbəkəsinin qurulması konsepsiyasını daha da inkişaf etdirmək üçün DARPA tərəfindən seçilib.

Ordu.az xəbər verir ki, nəzərdə tutulan Ay dəmir yolu şəbəkəsi insanları, materialları, Ay səthində kommersiya müəssisələri üçün resursları daşıya bilər, ABŞ və beynəlxalq tərəfdaşlar üçün kosmik iqtisadiyyata töhfə verə bilər.

“Northrop Grumman”ın işi aşağıdakıları təmin edəcək:

- Ayın dəmir yolu şəbəkəsini yaratmaq üçün tələb olunan interfeyslər və resurslar müəyyən ediləcək.

- Gözlənilən xərclərin, texnoloji və logistik risklərin kritik siyahısı yaradılacaq.

- Tam işləyən Ay rels sisteminin konseptual dizaynı və arxitekturasının prototipləri, nümayişləri və təhlilləri təsvir olunacaq.

- Robot texnikası ilə sistemin qurulması və istismarı üçün konsepsiyalar, o cümlədən bünövrənin hazırlanması, relsin yerləşdirilməsi və düzülməsi, montaj və bitirmə, yoxlama, texniki xidmət və təmir işləri araşdırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop-Grumann   LunA-10  


Bizi "telegram"da izləyin