Rusiya ordusu T-90M “Proryv” tanklarının yeni partiyasını təhvil alıb

2024/03/tabas-1710573571.jpg
Oxunub: 381     12:39     16 Mart 2024    
Rusiyanın dövlət aviasiya və müdafiə şirkəti “Rostec” törəmə şirkəti “Uralvagonzavod” tərəfindən istehsal olunan T-90M “Proryv” tanklarının yeni partiyasını Rusiya ordusuna təhvil verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, çatdırılma Rusiyanın Ukraynadakı müharibədə verdiyi itkiləri kompensasiya etmək və cəbhə xəttinin gücünü saxlamaq üçün davam edən səylərinin bir hissəsidir.

“Rostec”in məlumatına görə, yeni təhvil verilən tanklar ekipajın sağ qalma qabiliyyətini və döyüş ssenarilərində əməliyyat effektivliyini artırmağa yönəlmiş bir sıra yeni təkmilləşdirmələrə malikdir.

Məlumata görə, T-90M “Proryv” tankları hərtərəfli mühafizə və 24/7 əməliyyat üçün nəzərdə tutulmuş müasir, yüksək avtomatlaşdırılmış atəşə nəzarət sisteminə malikdir.

Tanklarda edilən təkmilləşdirmələrə qüllənin dəyişdirilməsi, həmçinin enerji ötürücü elementlərin, sürətlər qutusu sisteminin və asqı sisteminin təkmilləşdirilməsi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   T-90M   Proryv  


Bizi "telegram"da izləyin