Zaxarova Nulandın istefa qərarına münasibət bildirib

2018/04/567567_1523532664.jpg
Oxunub: 183     18:23     05 Mart 2024    
Viktoriya Nuland Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu səbəbindən istefa vermək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsindən gedəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

"Səbəbini sizə deməyəcəklər. Amma bu, sadədir - Bayden administrasiyasının anti-Rusiya kursunun uğursuzluğu. Viktoriya Nulandın ABŞ-nin əsas xarici siyasət konsepsiyası kimi təklif etdiyi rusofobiya demokratları daşla dibə sürükləyir. Nə olursa-olsun, bu, onların ondan qopmasına imkan vermir”, – deyə Zaxarova Telegram kanalında yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Nuland  


Bizi "telegram"da izləyin