Nikol Paşinyan Misir Prezidenti ilə Cənubi Qafqazdakı durumu müzakirə edib

2024/03/1709642236.jpg
Oxunub: 147     16:18     05 Mart 2024    
Qahirədə rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Əbdülfəttah əs-Sisi regionda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini bildirib.

Qeyd edək ki, N.Paşinyan Misirdə ikigünlük səfərdədir. O, bu ölkənin hökumət başçısı Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abdul Qeyt, Kopt pravoslav kilsəsinin patriarxı II Tavadros, Əl-Əzhərin imamı şeyx Əhməd Məhəmməd Əl-Taliblə də görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Misir  


Bizi "telegram"da izləyin