Azərbaycan Ukraynaya ötən il 28 milyon manatlıq yardım göstərib

2024/02/4acc8-1708425710.jpg
Oxunub: 114     16:08     05 Mart 2024    
Azərbaycan Ukraynaya 2023-cü ildə təxminən 28 milyon manat dəyərində humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardım göstərib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycanın indiyə qədər Ukraynaya göstərdiyi humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların məbləği 57 milyon manatdan artıq təşkil edib. Bu yardımların da təxminən yarısı 2023-cü ildə həyata keçirilib.

Bundan başqa, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan bölgəyə 940 nəfər xilasedici, tibbi heyət və könüllü dəstələri, habelə 5 min 300 tondan artıq humanitar yük göndərib. Eyni zamanda AFAD və zəlzələ bölgəsində çalışan digər humanitar qurumların bank hesabına Azərbaycandan 45 min. ABŞ dollarından artıq vəsait köçürülüb.

Hesabatda qeyd edilir ki, martın 20-də Brüsseldə keçirilmiş "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə adlı Beynəlxalq Donorlar Konfransında Azərbaycan xarici İşlər naziri iştirak edib və Prezident İlham Əliyevin göstərişi ilə Türkiyənin zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə yaşayış binalarının, sosial təyinatlı obyektlərin və təhsil ocaqlarının tikintisi üçün Azərbaycan tərəfindən 100 min. ABŞ dolları məbləğində dəstəyin göstəriləcəyini elan edib. Bu çərçivədə bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan hökuməti tərəfindən 2023-cü ildə artıq 60 min. ABŞ dollarına yaxın (100 mln. manat) vəsait ayrılıb.

Həmçinin Azərbaycan son aylarda Qəzza zolağında baş verən humanitar böhranlarla bağlı ərazidəki mülki əhaliyə yardım göstərilməsi məqsədilə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlar üzrə Yardım və İş Agentliyine (UNRWA) maliyyə yardımı olaraq dekabr ayında 2 mln. ABŞ dolları məbləğində vəsait ayrıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin