Ötən il sərhədi saxta sənədlə keçməyə çalışan 264 nəfər saxlanılıb

2024/03/65e70-1709641561.jpg
Oxunub: 131     16:03     05 Mart 2024    
Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2023-cü il ərzində 518 nəfər sərhəd pozucusu saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozduğu üçün 11,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 9,7 min nəfər tutulub, 264 nəfər saxta, 5 nəfər özgəsinin sənədiylə və 4 nəfər gizli şəkildə dövlət sərhədində buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 159 şəxsin sənədlərinin dövlət sərhədindən keçmək üçün etibarlı olmaması aşkarlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Sərhəd  


Bizi "telegram"da izləyin